USD 1.7031
EUR 1.8135
RUR 0.0299
Считать

Haqqimizda


CASPIAN EXPERT GROUP nədir?

CASPIAN EXPERT GROUP əmlak qiymətləndirilməsi xidmətin göstərən müəssisədir. Bizim mütəxəssislər əmlak qiymətləndirilməsi fəaliyyəti ilə 2000-ci ildən məşğuldurlar.

CASPIAN EXPERT GROUP-la 15-dən artıq Azərbaycan və Latviya Əmlak Qiymətləndiriciləri Assosasiyasının yüksəkixtisaslaşmış qiymətləndiriciləri çalışırlar. Həmçinin CASPIANEXPERTGROUP əmlak qiymətləndirməsinin müxtəlif sferalarında (daşınan və daşınmaz əmlak, antik əşyalar, biznes fəaliyyətinin qiymətləndirilməsi və qeyri-maddi aktivlər) təcrübəli mütəxəssislərlə çalışır.

CASPIAN EXPERT GROUP əmlakın qiymətləndirilməsiniAzərbaycan, avropa və beynəlxalq qiymətləndirmə standartlarına uyğun aparır.

Niyə məhz CASPIAN EXPERT GROUP?

  • Yüksək peşəkarlıq – Zəmanət

    CASPIAN EXPERT GROUP daşınmaz əmlak alqı-satqısı ilə və kredit almaq üçün vasitəçiliklə məşğul olmur. Əmlak qiymətləndirilməsilə ixtisaslaşaraq obyektivliyə və müstəqilliyə zəmanət verir.

  • Etibarlıq

    CASPIAN EXPERT GROUP-a hər zaman etibar etmək olar ona görə ki, fərqi yoxdur qiymətləndirilən obyekt mənzildir və ya fabrikdir, Bakıda yerləşir və yaxud ölkənin başqa şəhərində. Biz Azərbaycanın istənilən bölgəsində və onun hüdudlarından kənarda xidmət göstərməyə qadirik.

  • Qiymət siyasəti

    Əmlakın qiymətləndirilməsinin dəyəri işin həcmindən, qiymətləndiricilərin sayından və eləcədə təhvil verilmə müddətindən asılıdır. Standart obyektlərin qiymətləndirilməsinin dəyəri isə tipik qiymətlərdir hansıki, Siz, bizim ev səhifəmizin “Tariflər” bölməsində tanış ola bilərsiniz və ya ofisimizə zəng edərək öyrənə bilərsiniz.

CASPIAN EXPERT GROUP-un qiymətləndiriciləri Azərbaycan Əmlak Qiymətləndiriciləri Assosasiyasının təşkil etdiyi seminarlarda iştirak etməklə öz professional biliklərini ardıcıl olaraq artırırlar.