Daşınmaz əmlak
Yaşayış, kommersiya və xüsusi təyinatlı obyektlər
Daşınar və daşınmaz əmlakdan biznesə, mədəni irsdən təbii sərvətlərə qədər CEG-nin AQP reyestrində göstərilən bütün fəaliyyət istiqamətləri üzrə onlayn müraciət yaradın.
CEG-nin AQP reyestrində göstərilən istiqamətlər.
Müraciət və sənədlər ilkin yoxlanıldıqdan sonra xidmət haqqı və icra müddəti iş saatlarında 1 saat ərzində WhatsApp və ya e-poçt vasitəsilə göndərilir. Əlavə məlumat tələb olunarsa, bu barədə də eyni müddətdə məlumat verilir.
Caspian Expert Group MMC-nin QT-0014 reyestr pəncərəsində göstərilən bütün istiqamətlər üzrə müraciət qəbul edilir.
Avtomobil üçün xidmət haqqı kalkulyatorundan istifadə edin və ya daşınmaz əmlak üzrə sadələşdirilmiş formaya keçin.
Məqsədinizi seçin — müraciət forması uyğun istiqamət və məqsəd əvvəlcədən seçilmiş şəkildə açılacaq.
Məxfilik qorunmaqla müxtəlif sahələr üzrə peşəkar qiymətləndirmə təcrübəsi.
Yaşayış, kommersiya və xüsusi təyinatlı obyektlər
Nəqliyyat, texnoloji xətlər və xüsusi avadanlıqlar
Müəssisə, pay və maliyyə hesabatı məqsədli işlər
İstehsal sahələri və kompleks aktivlər
Mədəni irs, təbii sərvətlər və dəymiş zərər
Valyuta məzənnələri, pul bazarı, inflyasiya və bazar indeksləri — avtomatik yenilənir.
Azərbaycandan və xaricdən olan fiziki şəxslər, müəssisələr, banklar, auditorlar və hüquq şirkətləri qiymətləndirmə sorğusunu, obyekt siyahısını və ilkin sənədləri vahid kanaldan təqdim edə bilər. Hesabat Azərbaycan, İngilis və ya Rus dilində sifariş oluna bilər.
Hesabat Azərbaycan, İngilis və ya Rus dilində sifariş oluna bilər — yerli və beynəlxalq qurumların tələblərinə uyğun.
Azərbaycandan və xaricdən sorğu, obyekt siyahısı və ilkin sənədlər vahid onlayn kanaldan təqdim edilir.
Bir neçə obyekt, portfel və ya müəssisə üzrə qiymətləndirmə sorğusu bir formada göndərilir.
Banklar, auditorlar və hüquq şirkətləri üçün sorğu üzrə bütün mərhələlərdə vahid əlaqələndirici.
Bir neçə obyekt, portfel və ya müəssisə üzrə qiymətləndirmə üçün sorğunuzu bir formada göndərin — təyin edilmiş əlaqələndirici sizinlə əlaqə saxlayacaq.
Banklar, aparıcı şirkətlər və dövlət qurumları qiymətləndirmə işlərində CEG-ə etibar edir.

AQP · Rəsmi Reyestr № QT-0014


























Şirkətimizin fəaliyyəti, qiymətləndirmə bazarı və peşəkar yeniliklər barədə son məlumatlar.
13 oktyabr 2026
13 oktyabr 2026
13 oktyabr 2026
21 sentyabr 2026Hələ dərc olunmuş xəbər yoxdur.
Azərbaycan Rusiyanın paytaxtı Moskvada keçirilən qiymətləndirmə, maliyyə, dövlət idarəçiliyi və rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş "Rəqəm və pul: texnologiyalar, aktivlər, maliyyə" adlı beynəlxalq konfransda təmsil olunub.
Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən dövlət qurumlarının, peşəkar təşkilatların, bankların və konsaltinq şirkətlərinin nümayəndələrinin qatıldığı tədbirdə süni intellektin qiymətləndirmədə tətbiqi, böyük verilənlər, rəqəmsal aktivlər, avtomatlaşdırılmış qiymətləndirmə və maliyyə sektorunun texnoloji transformasiyası kimi aktual mövzular ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Ölkəni AQP-nin sədri Nüsrət İbrahimov və sədr müavini Ayan Qəmbərova təmsil ediblər. Tədbir çərçivəsində çıxış edən N.İbrahimov Azərbaycanın qiymətləndirmə bazarında rəqəmsal ekosistemin formalaşdırılmasını nəzərdə tutan 2025-2030-cu illər strategiyasını diqqətə çatdırıb. Təqdimatın ana xəttini qiymətləndirmənin rəqəmsallaşdırılmasının yalnız yeni proqram təminatlarının tətbiqi ilə məhdudlaşmaması, məlumatların, metodologiyaların, qiymətləndirmə proseslərinin və keyfiyyətə nəzarət mexanizmlərinin vahid sistemdə birləşdirilməsi ideyası təşkil edib.
O qeyd edib ki, AQP-nin konseptual yanaşmasına əsasən, qiymətləndirmə prosesində xətaları hesabat hazırlandıqdan sonra aşkar etməkdənsə, onların əvvəlcədən qarşısını alan profilaktik modelin tətbiqi daha yüksək səmərəlilik vəd edir. Bu isə peşəkar təşkilatın yalnız nəzarətedici funksiyasını deyil, qiymətləndiricini etibarlı məlumat, daxili metodologiya, analitik alətlər və avtomatik yoxlama imkanları ilə təmin edən geniş əhatəli infrastruktura çevrilməsini şərtləndirir. Artıq Palatanın fəaliyyəti çərçivəsində qiymətləndiricilərin elektron reyestri, daşınmaz əmlak bazarının müxtəlif seqmentləri üzrə indekslər, tikinti və avtomobil nəqliyyatı göstəriciləri, zonalar üzrə düzəliş əmsalları, milli metodologiyalar və hesabat nümunələri formalaşdırılıb. Elektron sifariş mexanizminin yaradılması və dövlətin idarələrarası elektron sənəd dövriyyəsi sisteminə inteqrasiya olunması da sözügedən infrastrukturun təməl sütunlarındandır.
Təqdim olunan 2025-2030-cu illər strategiyasının əsasını altı qarşılıqlı əlaqəli platforma - qiymətləndiricinin rəqəmsal kabineti, məlumat platforması, keyfiyyətə nəzarət sistemi, bilik bazası, analitik monitorinq və inteqrasiya platforması təşkil edir. Məlumatın bir dəfə daxil edilərək sonrakı proseslərdə avtomatik istifadəsi prinsipi təkrarlanan əməliyyatları minimallaşdırmağa və məlumatları vahid standartlar üzrə idarə etməyə imkan verir. Strategiyanın əsas innovativ istiqamətlərindən biri olan "Ağıllı hesabat" sistemi ilkin parametrlər daxil edildikdən sonra hesabatın strukturunu avtomatik formalaşdırır. Bununla yanaşı, hesabatların standartlara uyğunluğunun avtomatik yoxlanılması mexanizmi çatışmayan bölmələri, hesablamalardakı uyuşmazlıqları və kifayət qədər əsaslandırılmayan düzəlişləri dərhal müəyyən edir. Bununla belə, avtomatlaşdırmanın qiymətləndiricinin peşəkar mühakiməsini əvəz etməməsi strategiyanın dəyişməz prinsipləri sırasındadır.
Strategiyada vahid məlumat platformasının və müqayisə analoqları bankının yaradılması xüsusi yer tutur. Bu sistem vasitəsilə mütəxəssislər obyektin ünvanını daxil etməklə müvafiq zona üzrə median qiymət, qiymət diapazonu, tipik satış müddəti, endirim səviyyəsi və bazarın son üç aylıq dinamikası barədə dəqiq analitik məlumatlar əldə edə biləcəklər. Eyni zamanda, risk əsaslı nəzarət mexanizmi vasitəsilə standart obyektlər üzrə avtomatik nəzarət, mürəkkəb işlər üzrə isə dərin ekspert baxışı tətbiq olunacaq.
Mərhələli şəkildə icra olunacaq yol xəritəsinə əsasən, 2027-ci ildə təməl infrastruktur və standartlaşdırma, 2028-ci ildə məlumat bazaları və keyfiyyətə nəzarət sistemi, 2029-cu ildə intellektual avtomatlaşdırma, 2030-cu ildə isə milli səviyyəli inteqrasiya mərhələləri reallaşdırılacaq. Yekun hədəflər sırasına standartlara uyğunluğun ən azı 95 %-ə çatdırılması, hesabatların hazırlanma müddətinin 30–40 % azaldılması, bütün hesabatların avtomatik yoxlamadan keçirilməsi və kritik uyğunsuzluqların 70 % azaldılması daxildir. Moskvada təqdim olunan bu yanaşma Azərbaycanda qiymətləndirmə sahəsində rəqəmsal transformasiyanın daha sistemli, ölçüləbilən və şəffaf bir modele keçdiyini nümayiş etdirir.

“Caspian Expert Group” MMC 2011-ci ildən etibarən — 15 ildən artıq müddətdə Azərbaycanda və beynəlxalq müstəvidə müstəqil qiymətləndirmə, əmlak ekspertizası və korporativ məsləhət (Valuation & Advisory) sahəsində fəaliyyət göstərən aparıcı peşəkar təşkilatdır. Şirkətimiz Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) rəsmi üzvüdür və QT-0014 nömrəli reyestr çıxarışı əsasında qanunvericiliklə müəyyən edilmiş bütün 9 qiymətləndirmə istiqaməti üzrə rəsmi fəaliyyət səlahiyyətinə malikdir.
Fəaliyyətimiz dövründə daşınar və daşınmaz əmlak kompleksindən tutmuş iri sənaye müəssisələrinin, biznes portfellərinin, qeyri-maddi aktivlərin, təbii sərvətlərin, mədəni irs nümunələrinin, dəymiş zərərin və maliyyə öhdəliklərinin qiymətləndirilməsinə qədər minlərlə mürəkkəb layihəni uğurla icra etmişik. Hazırladığımız bütün hesabatlar “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS / IVS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS / IFRS) tam uyğun tərtib olunur, Azərbaycan, İngilis və Rus dillərində təqdim edilir.
15+ illik fəaliyyətimiz ərzində “Bizə Etibar Edənlər” bölməmizdə yer alan ölkənin ən nüfuzlu dövlət qurumlarının, aparıcı banklarının və nəhəng holdinqlərinin qiymətləndirmə işlərini məhz bizim komandamız həyata keçirmişdir:
PAŞA Bank, ABB (Azərbaycan Beynəlxalq Bankı), Xalq Bank, “Yapı Kredi Bank Azərbaycan” QSC, Ziraat Bank Azərbaycan, Rabitəbank, Expressbank, TBC Kredit, Monetri BOKT MMC üzrə girov, ipoteka, kredit təminatı və balans aktivlərinin qiymətləndirilməsi;
SOCAR, Gilan Holdinq, Veysəloğlu Şirkətlər Qrupu, Norm Cement, LUKOIL-Azərbaycan, Improtex, Hilton Baku Hotel, AFFA, Stars International University üzrə sənaye komplekslərinin, kommersiya əmlaklarının, avadanlıqların və biznes aktivlərinin MHBS/IFRS və bazar dəyərinin müəyyən edilməsi;
Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Məhkəmə-Hüquq Şurası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), TƏBİB və Bakı Metropoliteni üzrə xüsusi təyinatlı əmlakların, infrastruktur obyektlərinin və dövlət əhəmiyyətli layihələrin ekspertizası və qiymətləndirilməsi.
Hər qiymətləndirmə işində qərəzsizliyi, peşəkar etikanı və müştəri məlumatlarının qorunmasını əsas götürürük.
Qiymətləndirmə xidmətinin haqqı obyektin yekun dəyərindən asılı deyil — sifarişin məqsədi, mürəkkəbliyi, müddəti və baxış xərclərinə görə müəyyən edilir.
Tam qərəzsizlik: yekun dəyər sənədlərin təhlili, zəruri hallarda yerində baxış və bazar məlumatları əsasında, beynəlxalq standartlara uyğun müəyyən edilir.
Müştəri məlumatları və təqdim olunan sənədlər qorunur, yalnız qiymətləndirmə işinin icrası məqsədilə istifadə olunur.
Müraciətdən rəsmi hesabata qədər hər mərhələ şəffaf və izlənilə biləndir.
Müraciətin qəbulu, məqsədin və sənədlərin 1 saat ərzində təhlili.
Obyektə yerində baxış və ya məsafədən analitika, müqayisəli bazar datası.
Gəlir, müqayisə və xərc yanaşmaları, BQS/IVS və MHBS/IFRS tələbləri.
AQP reyestrli mütəxəssis təsdiqi, AZ/EN/RU dillərində rəsmi hesabat.
Bizə etibar edən qurumlarla tanış olun və ya qiymətləndirmə müraciətinizi elə indi yaradın.
Qiymətləndirmə — əmlakın, biznesin və ya hüququn müəyyən tarixə dəyərinin peşəkar qiymətləndirici tərəfindən metodoloji cəhətdən əsaslandırılmış şəkildə müəyyən edilməsidir. Adətən bank krediti və girov, alqı-satqı, sığorta, məhkəmə və miras məsələləri, əmlak bölgüsü, mühasibat uçotu və maliyyə hesabatlılığı, habelə investisiya qərarları zamanı tələb olunur.
Bazar dəyəri — obyektin qiymətləndirmə tarixinə, lazımi marketinqdən sonra, bir-birindən asılı olmayan, məlumatlı, ehtiyatlı və məcburiyyət olmadan hərəkət edən istəkli alıcı ilə istəkli satıcı arasında dəyişdirilə biləcəyi təxmini məbləğdir. Bu tərif Beynəlxalq Qiymətləndirmə Standartlarında (IVS) qəbul edilmişdir.
Bazar dəyəri adi marketinq müddəti və normal satış şəraiti üçün müəyyən edilir. Likvidasiya dəyəri isə obyektin adi müddətdən qısa vaxtda, məcburi satış şəraitində realizə oluna biləcəyi məbləği əks etdirir və bir qayda olaraq bazar dəyərindən aşağı olur. Banklar girov qiymətləndirməsində çox vaxt hər iki göstəricinin hesabatda əks olunmasını tələb edir.
Üç əsas yanaşma tətbiq olunur: müqayisəli (bazar) yanaşma — analoji obyektlərin satış və təklif qiymətləri əsasında; gəlir yanaşması — obyektin gətirəcəyi gələcək gəlirlərin diskontlaşdırılması və ya kapitallaşdırılması yolu ilə; məsrəf yanaşması — əvəzetmə və ya bərpa dəyərindən köhnəlmə çıxılmaqla. Yanaşmaların seçimi obyektin növündən və bazar məlumatlarının mövcudluğundan asılıdır; yekun dəyər nəticələrin əsaslandırılmış razılaşdırılması ilə müəyyən edilir.
Hesabatda qiymətləndirmənin məqsədi, obyektin təsviri və identifikasiyası, qiymətləndirmə tarixi, dəyərin növü, istifadə olunmuş məlumat mənbələri, tətbiq edilmiş yanaşmalar və hesablamalar, ehtimallar və məhdudiyyətlər, yekun dəyər, habelə qiymətləndiricinin rekvizitləri və imzası əks olunur.
Bəli. Dəyər cari tarixə və ya keçmiş (retrospektiv) tarixə müəyyən edilə bilər. Keçmiş tarix üçün obyektin həmin tarixdəki vəziyyətini təsdiq edən sənədlər və həmin dövrün bazar məlumatları əsas götürülür. Bu, xüsusilə məhkəmə, miras və vergi məsələlərində tələb olunur.
Köhnəlmiş, yararsız hala düşmüş və ya istismardan çıxarılan avadanlıqlar, nəqliyyat vasitələri, texnika və inventarlar balansdan silinərkən və ya utilizasiyaya göndərilərkən onların qalıq dəyəri (o cümlədən ehtiyat hissə və metal qırıntısı dəyəri) müəyyən edilir. Hesabat silinmə barədə qərarın, mühasibat uçotu və audit sənədlərinin əsaslandırılması üçün istifadə olunur.
Avtomobillər və digər nəqliyyat vasitələri, istehsalat avadanlıqları, texnoloji xətlər, xüsusi texnika və maşınlar, ofis mebeli və inventarlar. Qiymətləndirmə alqı-satqı, bank girovu, lizinq, sığorta, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və balans dəyərinin müəyyən edilməsi üçün aparılır.
Müəssisənin satışı və ya alınması, nizamnamə kapitalındakı payların və səhmlərin özgəninkiləşdirilməsi, investor cəlb edilməsi, birləşmə və satınalma, habelə qeyri-maddi aktivlərin (brend, patent, proqram təminatı) maliyyə hesabatlarında əks etdirilməsi zamanı.
Hesabatda göstərilən dəyər yalnız qiymətləndirmə tarixinə aiddir. Hesabatın hansı müddət ərzində qəbul edildiyini onu tələb edən qurum (bank, notariat, məhkəmə və s.) öz qaydaları ilə müəyyən edir. Bazar şəraiti və ya obyektin vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdikdə yenidən qiymətləndirmə tövsiyə olunur.
Əsasən mülkiyyət hüququnu təsdiq edən sənəd (daşınmaz əmlak üçün dövlət reyestrindən çıxarış, nəqliyyat vasitəsi üçün qeydiyyat şəhadətnaməsi), texniki sənədlər və obyektin şəkilləri tələb olunur. Biznesin qiymətləndirilməsində əlavə olaraq maliyyə hesabatları və idarəetmə məlumatları lazımdır. Hər istiqamət üzrə dəqiq siyahı müvafiq xidmət səhifəsində göstərilib.
Bəli. Qiymətləndirici adətən obyektə baxış keçirərək onun faktiki vəziyyətini, texniki göstəricilərini və yerləşməsini yerində yoxlayır. Baxış mümkün olmadıqda bu hal və onun nəticəyə təsiri hesabatda məhdudiyyət kimi açıq göstərilir.
Xeyr. Qiymətləndirici müstəqil, obyektiv və qərəzsiz olmalıdır. Yekun dəyər sifarişçinin gözləntisindən asılı olmayaraq bazar məlumatları və metodologiya əsasında müəyyən edilir; xidmət haqqı da qiymətləndirmənin nəticəsindən asılı deyil.
Qiymətləndiricinin Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) reyestrində olub-olmadığını aqp.gov.az saytında yoxlamaq olar. Caspian Expert Group MMC reyestrdə QT-0014 nömrəsi ilə qeydiyyatdadır.
Xeyr. Onlayn müraciət ilkin sorğudur. Qiymətləndirmə sifarişçi ilə qiymətləndirici arasında yazılı müqavilə bağlandıqdan sonra başlayır; müqavilədə qiymətləndirmənin məqsədi, obyekt, qiymətləndirmə tarixi, icra müddəti və xidmət haqqı razılaşdırılır.
Yanğın, subasma, yol-nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsindən sonra qiymətləndirici obyektə baxış keçirir, zədələnmələri sənədləşdirir, bərpa (təmir) xərclərini və dəyər itkisini, zəruri hallarda isə əldən çıxmış mənfəəti hesablayır. Hesabat sığorta şirkətinə, məhkəməyə və ya tərəflər arasında razılaşma üçün təqdim olunur.
Mənzillər, fərdi yaşayış evləri, qeyri-yaşayış və kommersiya sahələri (ofis, mağaza, anbar), istehsalat obyektləri və torpaq sahələri. Hesabat ipoteka və bank girovu, alqı-satqı, miras, əmlak bölgüsü, məhkəmə və mühasibat uçotu üçün hazırlanır.
Caspian Expert Group MMC Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) reyestrində qeydiyyatdadır və hesabatlarını banklar, sığorta şirkətləri, notariat və məhkəmələr üçün hazırlayır. Hesabatın qəbulu barədə qərarı onu tələb edən qurum öz qaydalarına əsasən verir.
Sualınızı WhatsApp və ya e-poçt ilə göndərin — qiymətləndirici mütəxəssisimiz iş saatlarında sizinlə əlaqə saxlayacaq.
Sifariş, sənədlər və korporativ əməkdaşlıq üçün sizə uyğun kanalı seçin.
Bir neçə obyekt, portfel və ya müəssisə üzrə qiymətləndirmə üçün sorğunuzu bir formada göndərin — təyin edilmiş əlaqələndirici sizinlə əlaqə saxlayacaq.
Əvvəl əlaqə məlumatınızı qeyd edin. Sifarişi tamamlamasanız belə, canlı sistemdə CEG əməkdaşı geri dönüş edə biləcək.
Bu məlumat göndərildikdən sonra müraciətiniz “Maraqlanan müştəri” kimi qeydə alınır.
Sifarişiniz CEG-ə çatdırıldı. Əməkdaş sizinlə əlaqə saxlayacaq. Texniki pasportu və şəkilləri WhatsApp və ya office@ceg.az vasitəsilə göndərə bilərsiniz.
İstiqaməti seçin və iş haqqında ilkin məlumatları təqdim edin. Dəqiq kommersiya təklifi sənədlər yoxlanıldıqdan sonra hazırlanacaq.
Məlumatlarınız qəbul edildi. Dəqiq kommersiya təklifi sənədlər yoxlanıldıqdan sonra təqdim ediləcək.
Obyekt haqqında əsas məlumatları təqdim edin. Dəqiq xidmət haqqı və icra müddəti sənədlər yoxlanıldıqdan sonra bildiriləcək.
Müraciətiniz CEG-ə çatdırıldı. Dəqiq kommersiya təklifi sənədlər yoxlanıldıqdan sonra təqdim ediləcək.
Bu brauzerdən göndərdiyiniz müraciət və sifarişlər burada görünür. Canlı sistemdə telefon nömrənizi yazıb SMS-lə gələn birdəfəlik kodla daxil olacaqsınız.
Bu məlumatlar formalarda avtomatik doldurulur və yalnız bu brauzerdə saxlanılır.